Rəqiblərimiz oynadı, 4 qol vuruldu

Rəqiblərimiz oynadı, 4 qol vuruldu
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı VII qrupda daha bir oyun baş tutub.
Almaniya yığması doğma meydanda Farer adalarını 4:1 hesabı ilə yenib. Almanların qollarına Leroy Sane, Maks Meyer və Julian Brandt imza atıb. Daha bir qolu rəqib komandadan Raqnar Nattestad öz qapısına göndərib. Farer adalarının yeganə qoluna isə Gestur Boyason Dam imza atıb. Bu "cırtdan ölkə" təmsilçisinin seçmə mərhələdə ilk qolu olub.
Qeyd edək ki, Almaniya yığması keçirdiyi 6 oyunda maksimum nəticə qazanıb və 18 xalla turnir cədvəlinə başçılıq edir. Keçirdiyi 5 oyunun hamısında yenilən Farer adaları isə qrup sonuncusudu.
Onu da qeyd edək ki, milli komandamız bu gecə Rusiyanın qonağı olub və bir xal qazanıb - 2:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər