Rəqibimizin heyəti açıqlandı

Rəqibimizin heyəti açıqlandı

Andorra yığmasının Azərbaycan millisinə qarşı keçirəcəyi yoxlama oyunu üçün heyəti açıqlanıb. 

Fanat.az xəbər verir ki, baş məşqçi Koldo Alvares 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si İspaniyanın aşağı liqa klublarında oynayır.

Qeyd edək ki, Andorra - Azərbaycan matçı mayın 26-da Avstriyada keçiriləcək.

Qapıçılar: Xosep Qomes ("İlyeskas", İspaniya), Ferran Pol ("Andorra").

Müdafiəçilər: İldefons Lima, Hordi Rubio (hər ikisi "Santa Koloma"), Emili Yosep Qarsiya ("Andorra"), Mark Qarsiya ("Rubi", İspaniya), Moyzes San-Nikolas ("Luzitans"), Maks Lyovera ("Lyeyda", İspaniya).

Yarımmüdafiəçilər: Marsio Vieyra ("Atletiko Monson", İspaniya), Serxio Moreno ("Eklano", İspaniya), Mark Vales ("Ospitalet", İspaniya), Kristian Martines, Viktor Rodriqes (hər ikisi "Santa Koloma"), Hordi Alaez ("Andorra").

Hücumçular: Lüdovik Klemente, Alexandre Martines (hər ikisi "Andorra"), Aaron Sançes ("Lyeyda", İspaniya), Endryu Matos ("Enqordan").

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər