"Rəqibi bağışlasan, əvəzini belə ödəyərsən" - Xavi

"Rəqibi bağışlasan, əvəzini belə ödəyərsən" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 2-ci turunda "Bayern Münhen"lə keçirdikləri oyunun (0:2) nəticəsini şərh edib.

Fanat.Az xəbər verir ki, "Marca" gənc mütəxəssisdən sitat gətirib: 

“Bayern"dən daha yaxşı idik. Amma biz onları çox bağışladıq, onlar isə bizi yox - fərq budur. 6-7 qol vəziyyətimiz oldu, amma qol vura bilmədik.

İlk hissə tamamilə bizim nəzarətimizdə idi. Nəticə matçda baş verənləri əks etdirmir. Amma bu Çempionlar Liqasıdır. Rəqibi bağışlasan, bunun əvəzini belə ödəyərsən.

Düşünürəm ki, bu matçdan müsbət məqamlar götürməliyik. Nəticə mənfidir, ona görə də səhvlərimizdən dərs almalıyıq. Qələbəyə layiq idik. Bu, layiq olmadığımız məğlubiyyətdir. Öyrənməli və işləməyə davam etməliyik". 

"Barselona" Çempionlar Liqasında növbəti oyununu oktyabrın 4-də səfərdə "İnter"ə qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər