Rəqibə tərəf burnunu sildi, meydandan qovuldu

Rəqibə tərəf burnunu sildi, meydandan qovuldu
Portuqaliyanın "Lurinhanense" klubunun müdafiəçisi Rikardo Santos oyun zamanı "Kaldas"ın hücumçusu Rikardo İsabelinyaya tərəf burnunu sildiyi üçün qırmızı vərəqə alıb.
Fanat.Az xəbər verir ki, matçın 58-ci dəqiqəsində yaranan fasilə zamanı futbolçularla referi Rui Soareş arasında dialoq olub. Bu zaman Santos yanındakı İsabelinyaya qarşı qəsdən belə hərəkət edib. "Kaldas" futbolçularının şikayətindən sonra müdafiəçini yanına çağıran hakim onu meydandan qovub.
Yekunda qovulan futbolçunun komandası 0:1 hesabıyla uduzub.
Qeyd edək ki, bu hərəkət koronavirus dönəmində tətbiq edilən sanitar reqlamentin aşkar şəkildə pozulmasıdır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər