Renat Dadaşov hanı?

Renat Dadaşov hanı?

Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Akademika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Dadaşovun adı matçın iştirak ərizəsinə salınmayıb.

"Eştoril” 23 oyuna topladığı 40 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər