Yığmamızın gənc forvardı Renat Dadaşov "Ayntraxt"ın formasıyla bir oyunda 2 top vurub. Fanat.Az xəbər verir ki, Robert Prosineçkinin hələ də rəsmi matçda debüt şansı vermədiyi hücumçu "Ayntraxt"ın U-19 komandasını dublla qələbəyə daşıyıb.
"Auqsburq"un U-19 komandasıyla rəqib meydanında qarşılaşan "Ayntraxt"ın U-19-u 3:2 hesablı qələbəyə sevinib.
Meydana start heyətində çıxan Dadaşov ilk qolunu 45-ci dəqiqədə penaltidən vurub. Onun 65-ci dəqiqədə vurduğu qol isə həlledici olub.
Fanat.Az