Renat Dadaşov "Antalyaspor"a qarşı oynaya bilməyəcək - SƏBƏB

Renat Dadaşov "Antalyaspor"a qarşı oynaya bilməyəcək - SƏBƏB

Türkiyənin "Hatayspor" klubunun hücumçusu Renat Dadaşov Super Liqanın 14-cü turu çərçivəsində "Antalyaspor"a qarşı oynamayacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının forvardı  cəzalı duruma düşüb. 

O, ötən tur "İstanbulspor"la matçda "sarı" alaraq vərəqə limitini doldurduğu üçün komandasının ev oyununu kənardan izləyəcək.

Qeyd edək ki, "Hatayspor" - "Antalyaspor" qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər