Rəmzi komandada iki türk - FOTO

Rəmzi komandada iki türk - FOTO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun simvolik komandasını müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, heyət dünən və srağagün keçirilən matçlara əsasən formalaşdırılıb. Qitə futbol qurumu təxmini “11-lik” seçərkən 5-2-3 taktiki sxemindən yararlanıb. 

Maraqlıdı ki, heyətdə yalnız “Sevilya” 2 futbolçu ilə təmsil olunub. Yarımmüdafiə xətti isə Almaniya millisinin Türkiyə əsilli oyunçularından təşkil edilib.

Qapıçı: Ederson (“Benfika”).

Müdafiəçilər: Conatan Kafu (“Ludoqorets”), Tomas Menye (PSJ), Mariano Ferreyra, Serxio Eskudero (hər ikisi “Sevilya”), Aleks Telleş (“Porto”).

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Mançester Siti”), Məsut Özil (“Arsenal”).

Hücumçular: Radamel Falkao (“Monako”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Bavariya”).

Rəmzi komandada iki türk - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər