Rəhim Həsənov cəzalandırılıb?

Rəhim Həsənov cəzalandırılıb?

Premyer Liqanın II turunun hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, FIFA referisi Rəhim Həsənov bu turda təyinat almayıb.

O, ilk turun AZAL - "Neftçi" oyununda kobud səhvə yol vermişdi. Belə ki, matçın əvvəlində üstünlüyü ələ alan AZAL hətta hesabı da açdı. Şüvəlanlıların yeni transferi Röyal Nəcəfovun “ağ-qaralar”ın qolkiperi Krşevan Santini ilk təkbətək çıxdığı epizodda vurduğu zərbə tirə dəyərək yerə düşmüş, vrdınca özünü topa yetirən Nuqzar Kvirtiya toru silkələsə də, görüşün baş hakimi Rəhim Həsənov onun “Neftçi”nin qapıçısına qarşı kobud oynadığını bildirərək, qolu saymamışdı. Ancaq videotəkrarlardan da görünürdü ki, FIFA referisi kobud səhvə yol verib.

Bu gün təyinatları açıqlayan Hakimlər Komitəsi Rəhim Həsənova təyinat verməyib. Görünür, AZAL - "Neftçi" matçındakı səhvi ona başa başa gəlib və cəzalandırılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər