Referimiz uşağını sağaltmaq üçün formasını satır

Referimiz uşağını sağaltmaq üçün formasını satır

FIFA referisi Orxan Məmmədovun 10 aylıq oğlunun müalicə xərcləri üçün sosial şəbəkələrdə başlatdığı yardım aksiyası getdikcə böyüyür. Fanat.az azxeber.com-a istinadən xəbər verir ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. 

4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdı. Buna səbəb isə körpənin beyninə suyun yığılmasıdı. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.

Orxan Məmmədov körpə üçün bank hesabı da açdırıb. O sosial şəbəkələrdə, İtaliya millisinin ona hədiyyə etdiyi fotmanı da satışa çıxartdığını qeyd edib.

Qeyd edək ki, AFFA müalicə xərclərinin müəyyən qismini öz üzərinə götürüb.

Referimiz uşağını sağaltmaq üçün formasını satır

Referimiz uşağını sağaltmaq üçün formasını satır

Referimiz uşağını sağaltmaq üçün formasını satır

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər