Referi Baxşıyevin köməkçisini də yanına göndərdi

Referi Baxşıyevin köməkçisini də yanına göndərdi

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Qəbələ" matçında qonaq komanda maraqlı durumla üzləşib. 

Fanat.Az xəbər verir ki, meydana cəzalı baş məşqçi Elmar Baxşıyevsiz çıxan "qırmızı-qaralar"ın daha bir məşqçisi cəzalanıb. 

İlk yarının gedişində hakimə sərt etiraz etdiyi üçün Xəqani Məmmədova FİFA referisi Əliyar Ağayev tərəfindən qırmızı vərəqə göstərilib və o da tribunaya göndərilib. Beləliklə, komandaya texniki zonada məşqçilər korpusunun digər üzvü Rasim Ramaldanov nəzarət edir. 

Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər