Rauf Əliyev 214 gün sonra...

Rauf Əliyev 214 gün sonra...
Rauf Əliyev uzun fasilədən sonra Premyer Liqada meydana çıxıb. Fanat.az xəbər verir ki, 27 yaşlı hücumçu "Kəpəz" - "İnter" matçının əlavə vaxtında oyuna daxil olub.
Bununla da Əliyev 214 gündən sonra Premyer Liqada oynayıb. O, sonuncu dəfə 4-cü turun ötən ilin 15 sentyabrına təsadüf edən "Qəbələ" ilə oyununda meydana çıxmışdı. Həmin qarşılaşmada ağır zədə alan futbolçu o vaxtdan müalicə olunurdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər