Rasim Ramaldanov Gürcüstanda qələbə qazandı

Rasim Ramaldanov Gürcüstanda qələbə qazandı

Gürcüstan çempionatında IV turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, yığmamızın üzvü Rasim Ramaldanovun heyətində çıxış etdiyi "Kolxeti" növbəti matçına çıxıb. 

Poti təmsilçisi doğma meydanda "Saburtalo" ilə qarşılaşıb. Meydan sahibləri Bolkvadzenin yeganə qolu sayəsində bu oyundan qələbə ilə ayrılıb. Rasim qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqəni əvəzlənmədən keçirib.

Qeyd edək ki, "Kolxeti" 4 turdan sonra 9 xalla yer aldığı "altılıq"da 2-ci pillədə qərarlaşıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər