İngiltərə Premyer Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Leyçester"in rəhbərliyi baş məşqçi Klaudio Ranyeri ilə sözləşmənin müddətini yeniləmək niyyətindədi.
Fanat.az xəbər verir ki, rəhbərlik artıq təcrübəli mütəxəssisə yeni təklifləri də təqdim edib.
Yayılan məlumata görə, Ranyeri yeni təklifi qəbul edəcəyi halda ilinə 3 milyon funt-sterlinq qazanacaq.
Hazırda isə o, 1,5 milyon maaş alır.
Fanat.az