Ranyeri İngiltərəyə dönür

Ranyeri İngiltərəyə dönür

"Çelsi" və "Lester Siti" kimi ingilis klublarında baş məşqçi kimi çalışmış Klaudio Ranyeri (Claudio Ranieri) yenidən Premyer Liqaya qayıda bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano şəxsi "Twitter" səfisəndə məlumat yayıb.

Məlumatda bildirilir ki, 69 yaşlı mütəxəssis "Uotford"un çalışdırıcısı postuna əsas namizəddir. Klub Ranyeri ilə ötən ildən danışıqlar aparır.

Xatırladaq ki, İPL-də 7 turdan sonra 7 xal toplayan "arılar" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər