Tarixində ilk dəfə İngiltərə çempionu olan Klaudio Ranyerinin maraqlı çıxışı ortaya çıxıb. Fanat.az xəbər verir ki, onun XXXII turda "Sanderlend"i 2:0 hesabı ilə yendikləri oyundan sonrakı çıxışı yayılıb.
Matçı qələbə ilə başa vurub çempionluq yolunda önəmli addım atan komandanın baş məşqçisi paltardəyişə otağında olduqca duyğusal çıxış edib. "Çılğın və fərqli bir çempionatda oynayırıq. Hər zaman əlimizdən gələnin ən yaxşısını etməy çalışırıq və kuboku almaq istəyirik. Ya indi, ya əsla! Ya bu mövsüm, ya da heç bir zaman! Ən doğru zaman indidi. Təzyiq yoxdu, sadəcə əylənməy çalışın" deyən Ranyeri gözyaşlarını saxlaya bilməyib.
"Lester" çempionluğunu "Çelsi"nin XXXVI turda "Tottenhem"dən xal almasından (2:2) sonra rəsmiləşdirdi. Oyundan sonra "Çelsi"nin baş məşqçisi Quus Hiddinkə zəng edən Ranyeri yenə ağlayıb. Bu barədə holland mütəxəssis açıqlama verib: "Çempionluqdan sonra danışanda 5 dəfə təşəkkür etdi. Səsi titrəyirdi, ağlayırdı".
Fanat.az