PSJ-nin mərkəz müdafiəçisi, ulduz futbolçu Serxio Ramosun (Sergio Ramos) klubla yollarının ayrılacağı ilə bağlı xəbərlər gündəmdə idi.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçunun qardaşı Rene Ramos "Le Parisien" nəşrinə verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirib: “Serxionun PSJ ilə müqaviləsinə xitam vermək və ya karyerasını bitirmək fikri yoxdur. Bacardığı qədər oynayacaq. Bu, fiziki hazırlıq məsələsidir”.
Xatərladaq ki, Serxio Ramos aldığı zədənin gec sağalması səbəbi ilə hələ PSJ-nin heyətində debüt edə bilməyib.
Emin Şəmsiyev