I divizionun 2015/16 mövsümündə gümüş və bürünc medalların sahibləri mükafatlandırılıb.
Fanat.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında keçirilən tədbirdə “Qaradağ Lökbatan” gümüş, “Ağsu” isə bürünc medallarına qovuşub.
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edərək, komandalara və futbolçulara öz arzularını bildirib.
Fanat.az