PFL jurnalistlərə kömək vəd etdi

PFL jurnalistlərə kömək vəd etdi
Hələ bir neçə gün əvvəl Peşəkar Futbol Liqası qarşısında məsələ qaldırmışdıq ki, çempionat oyunlarından reportaj hazırlamaq istəyən jurnalistlər pandemiya səbəbindən çətinliklə üzləşir. Konkret, adətən, oyunlar həftəsonu baş tutur və həmin günlərdə ictimai nəqliyyat işləmir. Növbəti mövsümün gedişində bu problemlə qarşılaşmamaq üçün çempionatı təşkil edən qurum nə kimi kömək göstərə bilər?
 
PFL-in rəsmisi Elgiz Abbasov Fanat.Az-ın sualına məhz bu gün baş tutan püşkatma mərasimində aydınlıq gətiriləcəyini bildirmişdi.
Azərbaycan Premyer Liqasının 2021/22 mövsümü ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində PFL-in prezidenti Ramin Musayev saytımızın əməkdaşının sualını belə cavablandırıb: "Maraqlı sualdır. Mənə elə gəlir ki, klub rəhbərləri sizin əziyyətinizi dəyərləndirər. Əgər onlar kömək etməsələr, bizə müraciət edərsiniz, köməklik edərik”.
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər