“Trabzonspor” Türkiyə kubokunda növbəti matçına çıxıb. Fanat.az xəbər verir ki, “bordo-mavilər” qrup mərhələsinin V turunda “Gümüşhanespor”la səfərdə oynayıb.
Dağlar arasında yerləşən “Gümüşhane Yenişəhər” stadionunda keçirilən və 0:0 hesabı ilə yekunlaşan oyunda baş məşqçi Ərsun Yanal Ramilə şans verməyib. Soydaşımız oyunu ehtiyat oyunçular skamyasından izləməklə kifayətlənib.
Fanat.Az