Ramazanov və Abdullayev məşqçi kursunda

Ramazanov və Abdullayev məşqçi kursunda
AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun I modulu keçirilir. 
Fanat.Az xəbər verir ki, oktyabrın 31-dək davam edəcək kursda 8 məşqçi iştirak edir.
Belarusun paytaxtı Minskdə keçirilən kursa Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynov rəhbərlik edir. Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edəcəklər.
Kursda iştirak edənlər arasında Rəşad Abdullayev və Zaur Ramazanov da var.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər