Ramaldanov Gürcüstanda qol vurdu

Ramaldanov Gürcüstanda qol vurdu

Futbol üzrə Gürcüstan çempionatında X turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.

Poti təmsilçisi səfərdə "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 1:6.

Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da hesab 0:1 olarkən, 55-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. Amma bundan sonra daha 5 qol buraxan Poti klubu meydanı xalsız tərk etməli olub.

Qeyd edək ki, "Kolxeti" 10 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər