Ramal Hüseynov "fərqləndi", komandası uddu

Ramal Hüseynov "fərqləndi", komandası uddu

Türkiyənin Regional Həvəskarlar Liqasında XIX turun oyunları keçirib. Fanat.az xəbər verir ki, Ramal Hüseynovun çıxış etdiyi "Arhavispor" "Konursuspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Ramal 90 dəqiqə oynayıb. Millimizin sabiq üzvü 88-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, Regional Həvəskarlar Liqasının 3-cü qrupunda mübarizə aparan "Arhavispor" 19 turdan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər