Rakitiç Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

Rakitiç Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

Dünən "Sevilya"dan ayrılan İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, xorvat yarımmüdafiəçi "Əl Şabab"a keçib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Rakitiçlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, 35 yaşlı İvan "Sevilya"ya 2020-ci ildə "Barselona"dan keçmişdi. O, 2011-2014-cü illər aralığında da Əndəlüs klubunun formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər