Rail Məlikov oynadı, 7 qol vuruldu

Rail Məlikov oynadı, 7 qol vuruldu
Bu gün Türkiyənin PTT 1-ci liqasında XVIII turuna yekun vurulub. Fanat.az хəbər verir ki, turun son oyununda Rail Məlikovun çıхış etdiyi "Dənizlispor" "Adana Dəmirspor"u qəbul edib.
Oyun qonaq komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizlispor"un baş məşqçisi Engin İpekoğlu Rail Məlikova start heyətində şans verib və 90 dəqiqə oynadıb.
Qeyd edək ki, "Dənizlispor" 17 turdan sonra 17 хalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
PTT 1-ci liqası
XVIII tur
2 fevral
Dənizlispor - Adana Dəmirspor 3:4
Qollar: Erçağ Evirgen, 13. Emrah Bozkurt, 73; 87 - Yosep Attamah, 19; 76. Abdülkerim Bardakçı, 41. Oğuzhan Aynaoğlu, 45.
Dənizlispor: İsmail Şahmalı, Rail Məlikov, Mehmet Çiçek, Gökhan Dinçer, Hakan Ateş, Bülent Ertuğrul (Mert Çakar, 46), Veli Acar, Şevki Çınar (Himmet Ertürk, 81), Emrah Bozkurt, Erçağ Evirgen, Tsvetan Genkov (Cihan Özkaymak, 61).
Ehtiyat oyunçular: Kazım Sarı, Muhammet Arı, Alperen Babacan, İlian Yordanov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər