Rafael Ağayevin toyunda nələr baş verdi? - FOTO+VİDEO

Rafael Ağayevin toyunda nələr baş verdi? - FOTO+VİDEO

Xəbər verdiyimiz kimi ötən gün dünya çempionu Rafael Ağayevin toyu olub. 

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan toyun aparıcısı Zaur Nəbioğlu olub. Məclisi müğənni kimi Rəşad İlyasov idarə edib. 

Mərasimdə ilk olaraq Azərbaycan Dövlət Himni səsləndirilib. 

Məclisdə karateçinin yaxınları, idmançı dostları, sənətçilər iştirak ediblər. 

Toyun müğənni qonaqları arasında əməkdar artist Ədalət Şükürov, sənətçilər Samira Allahverdi, Elnur Məmmədov yer alıb. 

Qeyd edək ki, R.Ağayevin ancaq kişilər üçün keçirdiyi toy aprelin 17-də olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər