Radamel Falkaonun yeni klubu rəsmən açıqlandı

Radamel Falkaonun yeni klubu rəsmən açıqlandı

"Qalatasaray"dan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayıb. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər