"Mançester Siti"nin heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu Aymerik Laporteni heyətinə qatmağa hazırlaşır.
Onun transferini gələn mövsüm komandanı çalışdıracaq Pep Qvardiola istəyib. "Mançester Siti" bu futbolçu üçün "Atletik"ə 50 milyon avro təklif edəcək.
Qeyd edək ki, Aymerik Laporte 2012-ci ildən "Atletik"də çıxış edir. 21 yaşlı mərkəzi müdafiəçisi cari mövsümdə 45 rəsmi oyuna çıxıb və 5 qol vurub.
Fanat.az