Qvardiolanın gözü döndü - 80 milyonluq təklif

Qvardiolanın gözü döndü - 80 milyonluq təklif
"Mançester Siti"nin hədəfindəki daha bir ulduz futbolçunun adı açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Pep Qvardiola Antoine Qrizmanın transferini istəyir.
İddiaya görə, "Mançester Siti" qışda, olmasa yay transfer dövründə fransız ulduzu heyətinə qatmağa çalışacaq. Artıq "şəhərlilər"in bu transfer üçün "Atletiko"ya təklif edəcəyi məbləğ də bəllidi - 80 milyon avro.
Qeyl edək ki, "Atletiko" Qrizmanı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu fransız ulduz Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted"in də maraq dairəsindədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər