Dünyanın ən yaxşı baş məşqçiləriarasında yer alan Pep Qvardiola nizam-intizamı və sərt qərarları ilə məşhurdu. Hətta öz prinsipləri naminə dünyanın ən ən güclü futbolçularını belə gözünü qırpmadan silə bilir. Fanat.Az Qvardiolanın "qələmini qırdığı" 7 ulduzu təqdim edir.
1. Co Hart: Ayaqlarından yetərincə istifadə etmədiyini düşündüyü üçün Co Harta xəbərdarlıq edən Qvardiola "Mançester Siti"nin qapısını Klaudio Bravoya tapşırmaqla nə qədər qərarlı olduğunu göstərdi.
2. Ronaldinyo: Frank Raykaardın dönəmində "Barselona"nın ən önəmli adamı hesab olunurdu. Samuel Eto-Lionel Messi-Ronaldinyo üçlüyünün ən önəmli haqlası hesab olunurdu. Amma Qvardiola komandanın başına keçən kimi "Milan"a satılmasına qərar verildi.
3. Yaya Ture: "Barselona"da Ronaldinyo qədər önəmli futbolçu idi. Həmin dönəmlərdə keçilməz hesab olunan "Barsa" yarımmüdafiə xəttinin dinamosu sayılırdı. Qvardiola isə Serxio Busketsi seçdi və Turenin "Mançester Siti"yə göndərilməsinə yox demədi.
4. Deko: Andres İnyesta və Xavi forma şansı qazanmadığı halda o, "Barselona"nın liderlərindən biri idi. Qvardiola isə Xavi və İnyestanı oynatmağa qərar verdi. Deko isə böyük zəfərlər qazandığı "Barselona"ya vida edib "Çelsi"yə üz tutdu.
5. Bastian Şvaynştayger: "Bavariyan"nın simvolu hesab olunan futbolçulardan biri idi. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunsa da, bu Qvardiola üçün yetərli olmadı və ona qapını göstərdi.
6. Samuel Eto: Ondan istədiyi nəticəni almadığını deyən Qvardiola kamerunlu futbolçunu "Barselona"dan yola salmışdı.
7. Zlatan İbrahimoviç: Onun Samuel Etonun yerinə gələn Zlatan İbrahimoviçlə də "ulduzu barışmadı" və isveçli futbolçunun "Barselona" karyerası qısa sürdü.
Fanat.Az