Qvardioladan tarixi uğur - Dünyada hələ bunu bacaran olmayıb

Qvardioladan tarixi uğur - Dünyada hələ bunu bacaran olmayıb

“Arsenal”ın son turda "Nottingem Forest"ə məğlubiyyətindən (0:1) sonra “Mançester Siti” vaxtından əvvəl İngiltərə çempionu olub.

Fanat.Az "Sports"a istinadən xəbər verir ki, bununla da "şəhərlilər" ardıcıl üçüncü liqa çempionluğunu qazanıblar.

Beləliklə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İspaniya, Almaniya və İngiltərədə ardıcıl üç çempionluq qazanan ilk baş məşqçi kimi tarixə düşüb. O, MS-dən əvvəl bunu "Barselona" və "Bayern Münhen"də bacarıb.

Ümumilikdə Qvardiola “Mançester Siti” ilə artıq 12 kubok qazanıb. Kataloniyalı mütəxəssis 5 liqa çempionluğu, 4 İngiltərə Liqa Kuboku, 2 İngiltərə Superkuboku və bir ölkə kuboku əldə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər