"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola DÇ-2022-yə İngiltərə Premyer Liqasında yaranacaq fasilə zamanı gələcəyi ilə bağlı qərar verəcək. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Qeyd olunub ki, mütəxəssisin həyat yoldaşı Kristinanın məşqçinin qərarlarında böyük təsiri var. "Mançester Siti" hazırda Qvardiolanın yayda klubdan ayrılması variantını nəzərdən keçirmir və gələcək planlarını onun klubun baş məşqçisi olaraq qalacağını düşünərək qurur. 51 yaşlı mütəxəsəssisin Mançester təmsilçisi il müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, 2016-cı ilin yayından komandanı çalışdırır. Qvardiola “Mançester Siti” ilə birlikdə 11 kubok qazanıb, o cümlədən 4 dəfə İngiltərə çempionu olub. Qeyd edək ki,mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Emin
Qvardiola nə zaman qərar verəcək?
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA