"Digərlərini Qvardiola ilə müqayisə etməyin" - Siyavuş Əliyev

"Digərlərini Qvardiola ilə müqayisə etməyin" - Siyavuş Əliyev
Tanınmış teleşərhçi, "İdman TV"nin direktor müavini Siyavuş Əliyev "facebook" səhifəsində maraqlı status paylaşıb. 
Fanat.Az xəbər verir ki, o, ispaniyalı məşqçi Xosep Qvardiola ilə bağlı diqqətçəkən məqamlara toxunub. 
 
"Digərlərini Qvardiola ilə müqayisə etməyin" - Siyavuş Əliyev
 
Həmin statusu olduğu kimi təqdim edirik: 
"Bir qədər Quardiolanı tərifləyim. Bu insan İspaniyada inqilabi "Barselona" yaratdıqdan sonra İspaniya dünya və Avropa çempionu oldu.  Sonra Almaniyaya gəldi, "Barselona"ya bənzər "Bavariya". Almanlar dünya çempionu oldu. İngiltərəyə getdi. "Taxta" Sterlinqdən futbolçu düzəltdi. 
Və İngiltərənin finala çıxmasının iki əsas səbəbkarı onun məhsuludur. Birincisi Volker. 3 dəfə Danimarkanın vacib əks-hücumunun qarşısını zəkası və fiziki göstəriciləri ilə aldı. 
İkincisi isə Sterlinq. Hamı yorulanda o işinə başladı. Amma İtaliya və İngiltərə finala görə Fransa və İspaniya millilərinə  minnətdar olmalıdır. Xüsusilə də fransızlara. Ona görə də heç vaxt Mourinyo, Klopp, Ferqüsson və digərlərini Quardiola ilə müqayisə etməyin.
 
Emin Şəmsiyev
 
"Digərlərini Qvardiola ilə müqayisə etməyin" - Siyavuş Əliyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər