"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində evdə "Aston Villa"ya qarşı keçirdikləri oyunda (4:1) Kevin De Bröyne ilə Erlinq Holandı niyə oynatmadığının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis ulduzları meydana buraxmamasına belə aydınlıq gətirib:
"Çox yaxşı görüş keçirdik. Bir ay öncə "Villa Park"da onlar güclü idilər, bu dəfə isə biz. "Siti" yaxşı oyun sərgilədi, çox sayda qol epizodu yaratdı, ancaq bir neçə fürsəti də dəyərləndirə bilmədi.
De Bröyne və Holanda istirahət verdik. Bizə hər oyunda yeni enerji lazımdır. Üç gün öncə "Arsenal"la qarşılaşmışdıq. Təqvim müəyyən rotasiya tələb edir.
Qeyd edək ki, 30 oyuna 70 xal toplayan "Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Nihat