Quti Mbappeni "yıxıb sürüdü"

Quti Mbappeni "yıxıb sürüdü"

“Real Madrid”in sabiq futbolçusu Quti Kilian Mbappenin "ən yaxşı futbolçu" adlandırılmasına münasibət bildirirb.

Fanat.Az xəbər verir "El Chiringuito" 45 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

“Hələ bunu sübut edə bilməyib. Hazırda belə deyil. Neçə ildir PSJ-dədir? Onlar Çempionlar Liqasında neçə kubok qazanıblar? Onun neçə "Qızıl top"u var? Sadəcə məşhur olduğu üçün dünyanın ən yaxşı oyunçusu kimi görünür, amma əslində belə deyil. Mbappe heç nə qazanmasa da, ən çox irəliləyiş əldə edən oyunçudur. Ən yaxşı futbolçu olmaq üçün nə qazanıb?"

İddiaya görə, Mbappe yeni müqaviləyə əsasən PSJ-də ilinə 93 milyon avro maaş alacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər