Qusarda ağ qarın qırmızı dərdi - VİDEO

Qusarda ağ qarın qırmızı dərdi - VİDEO

Futbol üzrə Azərbaycan çempionatının I divizionunun 14-cü turu çərçivəsində keçirilən "Şahdağ" - "Qaradağ Lökbatan" matçı diqqətimizi çəkməyə bilməzdi. Qusarda qarlı havada oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Söhbətimizin məğzi autsayderin liderlər qrupunda qərarlaşan komandanı udması ilə bağlı deyil. Məsələ burasındadı ki, meydança qarla örtülsə də, oyun ağ topla oynanılıb. Halbuki belə hallarda qırmızı rəngli toplardan istifadə olunması tövsiyyə edilir. Çünki belə havada ağ topla oynamaq həm futbolçular, həm də hakimlər üçün çətinlik yaradır. Görünür, Azərbaycan reallığı, qeyri-peşəkarlıq və komandanın əlavə rəngli top almağa imkanının olmaması məcburiyyətə səbəb olub.

Yaxşı ki, I divizionun qarşılaşmaları dünyaya canlı yayımlanmır. Əks halda çoxdan birabır olmuşduq.(Sport7.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər