Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Samtredia” (Gürcüstan) oyunundan öncə keçiriləcək mətbuat konfranslarının başlama saatı məlumdu. Fanat.Az xəbər verir ki, iyulun 10-da “Azərsun Arena”nın media zalında Qurban Qurbanov 18:30-da jurnalistlərin suallarını cavablandıracaq.
"Qarabağ"ın son məşqi isə saat 19:00-da klubun bazasında reallaşacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Samtredia”nın baş məşqçisi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında qələm əhlinin önünə çıxacaq. Gürcülərin son məşqi saat 21:00-da oyunun keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.
Fanat.Az