"Keşlə"nin baş məşqisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, o, 1:1 hesabı ilə nəticələnən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: "Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik. Rəqib ilk "4-lük"dədir və sərgilədiyi oyun göz önündədir. Biz də məğlub olmaq istəmirdik. İlk hissədə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə, ikinci yarının əvvəlində qolu tez buraxdıq. Bundan sonra oyun aqressivləşdi və 10 nəfərlə qaldıq. 40 dəqiqə "Qəbələ"yə qarşı azlıqda oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər. Səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq. Biz də istəyirik ki, referilərimiz inkişaf etsinlər. Amma ikinci hissədə cərimələr və vərəqələr bizim komandanın əleyhinə verilirdi. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. "Qəbələ"nin oyununa kölgə salmaq istəmirəm. Xırda "foul"lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə, referi nəticəyə təsir edib".
Qurbanov hakimdən şikayətləndi
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi
Azərbaycan futbolu
09:00
23.10.2026
MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir
Azərbaycan futbolu
23:58
22.10.2026
Portuqaliya mətbuatı "Şamaxı"dan yazdı: "Yalnız "Qarabağ"a uduzublar"
Azərbaycan futbolu
21:18
22.10.2026
"Sabah"dan azarkeşlərinə jest