Qurbanlı oynadı, “Yurqorden” qalib gəldi

Qurbanlı oynadı, “Yurqorden” qalib gəldi

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində səfərdə “Myalbü” ilə qarşılaşıb.

Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa görüşün 72-ci dəqiqəsində - komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Asoro vurub.

“Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər