Qurban Qurbanov və rəqibi fərqli məkanlarda danışacaq

Qurban Qurbanov və rəqibi fərqli məkanlarda danışacaq

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 

Fanat.az xəbər verir ki, ilk olaraq iyulun 11-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun mətbuat zalında ağdamlıların baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 18.45-də klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Rəqibin baş məşqçisi isə həmin gün saat 19.30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi isə saat 20.00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Qeyd edək ki, saat 19.00-da klub tərəfindən ayrılmış avtobus media mənsublarını son məşqin baş tutacağı bazadan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər