Bu gün AFFA İcraiyyə Komitəsinin üzvü seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni vəzifəsi ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Burda daim Azərbaycan futbolunun inkişafı üçün mübahisələr və qərarlar olacaq. Çalışmalıyıq ki, futbolumuzun gələcəyi üçün düzgün, doğru qərarlar qəbul edək. Açığı, bu gün çox da aktiv olmadım. İlk dəfə idi, qərarlarla yeni maraqlanırdım. Hansı qərarları vermək lazım olduğuna bu gün tam əmin deyildim. Düşünürəm ki, bundan sonra özüm də Azərbaycan futbolunun inkişafı üçün bəzi fikirlər bildirim. Çalışacam ki, ilk növbədə İcraiyyə Komitəsinə, o cümlədən bütün futbolumuza faydalı olum. Kənardan bəlkə də asan görünə bilər. Ancaq mənim üçün futbol daha da məsuliyyətli oldu”.
Fanat.az