Qurban Qurbanov Avstriyada şəhidlərdən danışdı

Qurban Qurbanov Avstriyada şəhidlərdən danışdı

"Oyun barədə geniş danışmaq istəmirəm. Rəqib çox yaxşı, güclü komandadı. Biz sabah çox yaxşı bir komandaya qarşı oynayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Zalsburq"la oyunla bağlı danışan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov oyundan əvvəl Avstriyada mətbuat konfransı keçirib. Zalsburqa uduzmağa gəlmədiyini deyən baş məşqçi stadionun tam dolacağını söyləyib: "Rəqib məşqçi də deyir ki, azarkeş amilindən yararlanmalıyıq. Yerli azarkeşlərin çox olması bizə mane ola bilər. Amma bizim məqsədimiz yaxşı nəticə qazanıb, mərhələ adlamaqdı. Çalışmalıyıq ki, komandamız sabah ən yaxşı oyunlarından birini oynasın. Düzdü, “Qarabağ”da psixoloji gərginlik var, lakin qarşılaşmaya qədər bunu üzərimizdən atmağa çalışacağıq".

Cəbhə bölgəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı  verən "Qarabağ"ın baş məşqçisi cəbhədəki hadisələrlə bağlı da danışıb: "Cəbhədəki hadisələr bizə çox ağır təsir edir. Ancaq həmin hadisənin təəssüratında matça çıxsaq, bu, futbolçuların oyununa təsir göstərə bilər. Əsas odu ki, fikrimiz oyunda və rəqibdə olsun. Futbolçularımızın qol vuranda hansısa jest etməyinə gəlincə, daha yaxşı nəticə ilə dönsək, daha yaxşı olacaq".

Qurbanov Reynaldo və Admir Telinin yoxluğunun problem yarada biləcəyini deyib: "Rəşad haqda qərar vermək üçün sabahadək vaxtımız var. Vüqar Nadirovun isə oynamaq şansı çoxdu. Reynaldo və Telinin yoxluğu bizə problem yarada bilər. Hər şey sabah meydanda bilinəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər