Qurban Qurbanov 155 pillə irəlilədi

Qurban Qurbanov 155 pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, cədvələ “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir.

 

İspaniyalı mütəxəssisin hesabında 17644 xal var. 2-ci sırada Dieqo Simeone qərarlaşıb. O, liderdən 3058 xal geri qalır. İlk “üçlüy”ü Pep Qvardiola tamamlayır – 13640.

 

Cədvəldə Azərbaycanın iki təmsilçisi də yer alıb. Bunlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Qəbələ”nin çalışdırıcı Roman Qriqorçukdu.

 

Hesabında 1026 xal olan Qurbanov cədvəldə 579-cudu. O, ötən həftə ilə müqayisədə 155 pillə irəliləyib. Bu da onun Qriqorçuku keçməsi ilə nəticələnib. Belə ki, ukraynalı 969 xalla 600-cü yerdə qərarlaşıb. Ötən həftə 596-cı olan ukraynalı 4 pillə geriləyib.

 

Qeyd edək ki, məşqçilərin xal hesablarının dəyişməsinə ötən həftə keçirilən matçlar təsir edib. Təmsilçilərimiz Avropa Liqasının qrup mərhələsində III turun matçlarını keçirib. “Qarabağ” evdə PAOK-u 2:0 hesabı ilə məğlub edib, “Qəbələ” səfərdə “Sent-Etyen”ə uduzub – 0:1. 

(apasport.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər