"Zidanın anasına yox, bacısına söymüşəm" - FOTO-VİDEO

"Zidanın anasına yox, bacısına söymüşəm" - FOTO-VİDEO

İtaliya yığmasının qalmaqaalı sabiq müdafiəçisi Marko Materatsi Zinəddin Zidan ilə 2006-cı ildəki Dünya çempionatının final matçındakı konfliktindən danışıb. Fanat.az xəbər verir ki, 42 yaşlı sabiq müdafiəçi həmin epizoda görə çox məyus olduğunu etiraf edib.

“Mən axmaqlıq etmişəm. Amma sərt tənqid olunmağa layiq deyiləm. Neapolda, Milanda, Romada və yaxud Parisin küçərələrində daha sərt söyüşlər eşitmək olar. Mən onun anasına söyməmişəm. Mənim 15 yaşım olanda anam ölüb.

Mən heç vaxt başqasının anasına söz demərəm. Mən onun bacısına söymüşəm. Hazırda artıq bunun fərqi yoxdur. Mən heç kimə kin saxlamıram”.

Zidanın Materatsiya vurduğu zərbə

2006-cı ildəki Dünya çempionatında İtaliya ilə Fransa qarşılaşmışdı. Qarşıdurma 1:1 hesabı ilə bitib. Penalti seriyasında italyanlar 5:3 hesabı qələbə qazanıb. Həmin matçda Zidan Materatsiyaya kəllə zərbəsi vurmudu.

Oyunun baş hakimi əfsanəvi əslən əlcəzairli futbolçunu bu hərəkətinə görə meydan qovmuşdu.  

"Zidanın anasına yox, bacısına söymüşəm" - FOTO-VİDEO

Parisdə Zidanın Materatsiya vurduğu zərbəni ölümsüzləşdiriblər

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər