"Yeni mövsüm haqda düşünmək olar" - Adil Şükürov

"Yeni mövsüm haqda düşünmək olar" - Adil Şükürov
"İlk dəfə olaraq çempionatda çıxış edirik və ikinci yeri tutduq. Bizim üçün sevindirici haldı. Rəhbərliyi, komandanı və azarkeşlərimiz təbrik edirəm". Fanat.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
Baş məşqçi "Kəpəz"lə oyun haqda bunları bildirib: "Çox ağır oyun oldu. 1:1-dən sonra 2-ci qolu buraxmaq ağır gəldi. Ancaq toparlandıq və hesabı bərabərləşdirdik. Yeni mövsüm haqda fikirləşmək olar. Ayrı-ayrılıqda bəzi futbolçularla danışmışıq. Artıq bəzi seçimlər etmişik. Amma ad açıqlaya bilmərəm". (Futbolinfo.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər