Elbrus Məmmədov "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi bunları deyib:
“Şanslarımız olsa da, istifadə edə bilmədik. Son məqamda futbolçularda soyuqqanlılıq çatmadı. Rəqib əlinə düşən ilk fürsətdə hesabı açdı. Bəlkə də futbolçularımız "fair-play"a görə bir-iki saniyə dayandılar. Buna görə rəqibi qınamaq fikrim yoxdu. Son sözü hakim deyir".
Baş məşqçi matçdan sonra qapıçı Orxan Sadıqlı ilə müdafiəçi Nodar Məmmədov arasında yaranmış mübahisə haqqında da fikirlərini bildirib: "Xoşagəlməz haldı. Bu, yorğunçuluqdan irəli gəlir. Hər iki futbolçu bu gün qalib gəlmək istəyirdi. Ola bilsin ki, sözləri çəp gəlib. Bunu aydınlaşdırandan sonra dəqiq biləcəm". (CBC Sport)
Fanat.az