Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilən "Zirə" - "Qarabağ" matçı ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşdı. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini səsləndirib.
"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Komandanı sonadək dəstəklədilər. Komandamız yeni yaranıb. Bu günə kimi heç bir komanda belə rəqibə qarşı belə baxımlı oyun göstərməmişdi. Bunu bizim komanda etdi. Buna görə də, oyunçulara təşəkkür düşür. "Qızıl" şansımız qalmasa da, gümüş medal uğrunda mübarizəmizi davam etdiririk. "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm".
- "Zirə"nin bu mövsüm "Qarabağ"la oyunu alınmır...
- Deməzdim ki, "Qarabağ"la oyunumuz alınmır. Sadəcə, olaraq ustalıq səviyyəsi öz sözünü deyir.
- Kuboku çempionata qurban verdiyinizə görə peşman deyilsiz ki?
- Biz heç vaxt belə fikirləşməmişik. Sadəcə, o vaxt komandada xəstə və zədəlilər var idi.
- Bonillanı ilk hissədən sonra əvəzlədiz. Buna səbəb nə idi? Ümumiyyətlə, Bonilla komandada qalacaqmı?
- Bonillanı əvəzləməyimə səbəb, onun yorulması idi. Komandakı gələcək taleyi ilə bağlı danışıb qərar verəcəyik.
- "Zirə" çempionatda ikinci pillədə qərarlaşsa da, "Qarabağ"a müqavimət göstərə bilmədi...
- Bu gün bütün komandalarda vəziyyə eynidi. Sadəcə, "Qarabağ"dakı oyunçuların ustalıq səviyyəsi yüksəkdi. Bu, başqa ölkələrdə də belədi. Deyə bilmərik ki, həmin ölkələrdə də səviyyə aşağıdı. Sonda "Qarabağ"ı çempion olması münasibətilə təbrik edirəm.
Fanat.az