"Traktorsazi" səfərdə qələbə qazandı

"Traktorsazi" səfərdə qələbə qazandı
İran çempionatında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda "Saypa"nın qonağı olub.
Oyun Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 19-cu dəqiqədə Şahin Sahibi imza atıb.
24 turda 38 xal toplayan "Traktorsazi" "Zob Ahan"la 4-5-ci pillələri bölüşür. Təbriz klubu növbəti oyununu aprelin 10-da səfərdə "Zob Ahan"a qarşı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər