"20 il öncə Təbrizimizin “Tiraxtur” (Traktorsazi) futbol komandasının, məsələn, fars komandası olan “Perspolis” ilə oyunlarında milli şüarların səsləndirilməsi bir yana qoyun, azarkeşlər və tərəfdarlar açıqca “Tiraxtur”u oyunlarda dəstəkləməyə utanırdılar və hətta “Perspolis”i dəstəkləməklə kifayətlənirdilər". Fanat.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı Mahmudəli Çöhrəqanlıdan deyib.
Tanınmış jurnalist Azər Sarıyevə müsahibə verən hərakat lideri daha sonra bunları deyib: "Millətimiz dərin bir ölüm yuxusunda idi və Güney Azərbaycan sanki ucu-bucağı bəlli olmayan böyük bir qəbristan idi. Onun damarlarına düşmən və irqçi fars rejimi çeşidli assimilyasiya iynələri vurmuş və onu türklüyündən çıxartmağı və manqurdlaşdırmağı hədəfləmişdi. Bu ağır assimilyasiya və farslaşdırma politikaları millətimizə və onun hafizələrdə olan kimliyinə, dilinə, və maddi-mənəvi bütün varlığına ölümcül zərbələr endirmişdi.
1995-ci ildə başlatdığımız Güney Azərbaycan Milli Oyanış Hərəkatı və bu platformda canları və malları ilə əmək verən milli qəhrəmanımız şəhid mühəndis Qulamriza Əmani və ona bərabər minlərlə adını bildiyimiz və ya adsız Güney Azərbaycanımızın oğul və qızlarının mübarizəsi sayəsində bu gün Güney Azərbaycan bambaşqa bir milli-siyasi atmosferdədir. “Tiraxtur” bu gün milli hərəkatın əsas sütunlarından və cəbhələrindən biri halına gəlmişdir. Düşünün ki, 70 min tərəfdar var, 35 min bir tərəfdə, 35 min də qarşısında, “Azərbaycan var olsun, istəməyən kor olsun” səsləri bir stadionu və işğalçı rejimin bağrını titrətsin. Bu bir reallıqdır və bunun səbəbi yuxarıda qeyd etdiyimiz milli oyanış hərəkatımız və millətimizin şərəfli oğul və qızlarının fədakarlığıdır".
Fanat.az