"Tobol" niyə canfəşanlıq edir?- SƏBƏB

"Tobol" niyə canfəşanlıq edir?- SƏBƏB

Nika Kvekveskiriylə ilyarımlıq müqavilə bağlayan "Tobol"un "para sandığının ağzını geniş açması"nın səbəbi bəllidi. Fanat.Az xəbər verir ki, "Qəbələ"dən ayrılan daha bir futbolçuyla - eston forvard Sergey Zenyovla da maraqlanan Kostanay təmsilçisinə transferlər üçün bu yay həmişəkindən daha çox pul ayrılıb.

Sözügedən Qazaxıstan klubu nəinki Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuka lazım olmayan Zenyovu, Polşa və Portuqaliya çempionatlarında top qovan bir neçə yüksək ödənişli legioneri də rənglərinə bağlamağı hədəfləyib. İş ondadı ki, rəhbərlik gürcü çalışdırıcı Omari Tetradzedən çempionluq tələb edib. Səbəb isə sadədi: 1967-ci ildə yaradılan "Tobol" bu il 50 illik yubileyini qızıl medallarla "yumaq" istəyir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər